İrana sanksiyalar tətbiq edəndən sonra neft hasilatını artıran ölkələr bazarın stabilləşməsi üçün hasilatı azaltmalıdırlar. Axar.az xəbər verir ki, bunu İranın OPEK-dəki nümayəndəsi Məhəmməd Əli Xatibi mətbuata açıqlamasında söyləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı son bir neçə ay ərzində neft hasilatını gündəlik 10 milyon barrelə çatdırıb. Bəzi ekspertlər Ər-Riyadın bu addımı Rusiya və İranın bazardan sıxışdırılıb çıxarılması üçün atdığını bildirib.