Rusiya da Şimali Koreyaya qarşı çıxdı

Rusiya da Şimali Koreyaya qarşı çıxdı backend

Rusiya Şimali Koreyanın nüvə sınağını qınayır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib. Onun sözlərinə görə, əgər sınaqların keçirilməsi təsdiqlənərsə, o zaman bu, Pxenyanın nüvə silahının inkişafı sahəsində irəliyə doğru atdığı yeni addım olacaq:


“Bu, beynəlxalq normaların və BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin kobud şəkildə pozulmasıdır. Bu cür fəaliyyətlər Koreya yarımadasında onsuz da hər an partlamağa hazır olan vəziyyəti daha da pisləşdirir. Bütün maraqlı tərəflər regionda gərginliyə səbəb olacaq fəaliyyətlərdən qaçmalıdırlar”.

Qeyd edək ki, bu gün Şimali Koreya hidrogen bombasının sınağını keçirib.