Tramp ABŞ, Rusiya və Çini dünyanın ən qüdrətli dövlətləri adlandırdı

Tramp ABŞ, Rusiya və Çini dünyanın ən qüdrətli dövlətləri adlandırdı backend

ABŞ, Rusiya və Çin dünyanın üç ən qüdrətli dövlətidir.

Qaziler.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı bəyan edib. Siyasətçi vurğulayıb ki, bu, xüsusilə texnologiya sahəsində özünü aydın göstərir.

"Biz ən qüdrətli ölkələrik", – deyə Tramp bildirib.

Amerika Prezidenti həmçinin Rusiya və Çin liderləri ilə fantastik münasibətlərinin olduğunu qeyd edərək, Şençjendə baş tutan üçtərəfli sammiti uzun illərin ən mühüm hadisələrindən biri adlandırıb.

Tramp həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üçün yaxşı şansların olduğunu bəyan edib və Rusiya Prezidentinin böhranın diplomatik yolla başa çatdırılmasına nail olmaq istədiyini vurğulayıb.

QAZİLER.AZ