Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri zamanı keçirilən tədbirlərdə jurnalistlərin diqqətini çəkən nüvə çantası Rusiya liderini heç vaxt görməyən media nümayəndələri üçün səs-küylü başlıqların mövzusuna çevrilib, halbuki bu çamadan onu hər yerdə müşayiət edir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Nüvə çantası, görünür, prezidenti ilk dəfə görənlər üçün başlıq mövzusu olub. Nüvə çantası bütün ömrü boyu onunla birlikdə uçur və heç bir səs-küylü başlıq yaratmır. Bunu sadəcə hansısa təcrübəsiz jurnalist gündəmə gətirib", – deyə Peskov şərh verib.
Qeyd edək ki, bu mövzu müxtəlif KİV-lərdə geniş yayılıb. Belə ki, bir sıra media qurumları cəlbedici başlıqlar verərək Putinin arxasınca nüvə çantasını kimin daşıdığı, onun içində nə olduğu və Çində görünməsinin hansı mesajı verdiyi barədə çoxsaylı materiallar dərc edilib.
QAZİLER.AZ

