Los-Ancelesdə zəlzələ olub

Los-Ancelesdə zəlzələ olub backend

ABŞ-nin Kaliforniya ştatının cənubunda, Los-Anceles rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Mütəxəssislər yeraltı təkanları yerli vaxtla saat 03:25-də (Bakı vaxtı ilə 15:25) qeydə alıblar.

Zəlzələnin episentri Los-Ancelesin şəhərətrafı qəsəbəsi olan Kommers şəhərindən təxminən bir kilometr şimal-qərbdə yerləşib. Ocağı 15,5 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

QAZİLER.AZ