Tramp yanvara qədər Ukraynada sülhə nail olmaq istəyir

Tramp yanvara qədər Ukraynada sülhə nail olmaq istəyir backend

ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqı və Ukrayna nümayəndələrinə bildirib ki, Kiyevin yanvarın əvvəlinə qədər Rusiya ilə sülh sazişi bağlayacağına ümid edir.

Qaziler.az xəbər verir ki, bu barədə müzakirələrin gedişi ilə tanış olan dörd mənbəyə istinadən "Financial Times" qəzeti yazır.

Nəşrin məlumatına görə, demokratlar ABŞ Konqresinə nəzarəti ələ keçirməzdən əvvəl Vaşinqton razılığa nail olmaq istəyir.

"The Washington Post"un xəbərinə görə, Tramp Çində Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Avropa liderlərinə və ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edərək onları Rusiya ilə sülh sazişi bağlamağa çağırıb. Ağ Ev rəhbərinin sözlərinə görə, Moskva sövdələşməyə hazırdır, Avropa isə Kiyevə ayırdığı milyardları öz ehtiyaclarına xərcləyə bilər. Bununla yanaşı, amerikalı danışıqçılar ərazi güzəştləri müqabilində Ukraynanın NATO-ya üzvlüyü imkanını müzakirə edirlər.

QAZİLER.AZ