İranın cənubunda yerləşən Qeşm şəhərinin ətrafına raket zərbəsi endirilib.
Qaziler.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi öz "Telegram" kanalında məlumat yayıb.
Raket zərbəsi Bakı vaxtı ilə 19:20-də qeydə alınıb. Agentliyin məlumatına görə, hücumu ABŞ-İsrail qüvvələri həyata keçirib.
Hadisənin nəticələri barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, noyabrın 20-də "CBS News" telekanalı ABŞ və İsrailin yaxın vaxtlarda İrana qarşı yeni hücum imkanlarını nəzərdən keçirdiyi barədə xəbər yaymışdı.
Mənbələrin bildirdiyinə görə, İsrail hakimiyyəti İslam Respublikasının öz raket potensialını sürətlə bərpa etməsindən narahatdır. Onları həmçinin Tehranın hərbi və nüvə obyektlərini tələsik yeraltı komplekslərə köçürməsi də narahat edir.
QAZİLER.AZ

