Estoniyanın müvəqqəti işlər vəkili iki ölkə arasında qalan sərhəd keçid məntəqələrinin bağlanması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.
Diplomat qeyd edib ki, Tallinin bu addımı qarşıdurma xarakteri daşıyır. Onun sözlərinə görə, bu cür qərarlar Moskva ilə münasibətlərin gərginləşdirilməsinə yönəlib.
Nazirlik rəsmisi vurğulayıb ki, sərhədin bağlanması iqtisadiyyat və sosial sahə üçün mənfi nəticələrə gətirib çıxaracaq. Bununla yanaşı, "sanitar kordon"un təşəbbüskarları Rusiyanı təcrid etmək cəhdlərinə görə yeksək bədəl ödəyəcəklər, - deyə Zaxarova əlavə edib.
"Ölkəmizə qarşı düşmənçilik hərəkətlərinin yolverilməzliyi barədə Rusiya mövqeyini Estoniya tərəfinə çatdırmaq üçün Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb", – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, noyabrın 15-də Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin pilotsuz uçuş aparatları istehsal edən "Threod Systems" zavodunu yandırmaq cəhdində iştirak etdiyi iddiası ilə dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin — Narva, Koydula və Luhamaa buraxılış məntəqələrinin tamamilə bağlanması barədə qərar verib.
QAZİLER.AZ

