Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələri liderlərinin Rusiyaya səfər etməsinin əleyhinə çıxış edib.
Qaziler.az xəbər verir ki, onun sözlərini "Deutsche Welle" nəşri yayıb.
"İstəklilər koalisiyası"nın Berlin sammiti çərçivəsində Zelenski bildirib ki, Avropa liderlərinin Moskvaya səfərlərini yersiz hesab edir.
Alternativ olaraq Ukrayna lideri neytral platforma — üçüncü ölkədə danışıqlar aparmağı təklif edib. Ukrayna lideri hesab edir ki, neytral platformada görüş daha məntiqli qərar olardı, çünki bu, münaqişənin hər iki tərəfinin dialoqa hazır olduğunu nümayiş etdirərdi.
Xatırladaq ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında bəyan etmişdi ki, Rusiya tərəfi Ukraynadakı nizamlanma üzrə dialoqu davam etdirmək məqsədilə onların mövqeyini anlaya bilmək üçün Avropa İttifaqı nümayəndələrinə Moskvaya gəlməyi təklif edib.
QAZİLER.AZ

