Bu gün ABŞ-ın Las-Veqas şəhərində istehlakçı elektronika sayəsində son nailiyyətlərə həsr olunmuş illik CES-2016 sərgisi işə başlayır. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, bu sərgidə bütün dünyadan olan istehsalçılar tərəfindən bir sıra yeniliklər təqdim olunacaq.
Mütəxəssislər deyir ki, CES 2016 sərgisində təqdim olunan bir çox məhsullar öz seqmentində növbəti il və ya bir neçə il ərzində trend olur. Yaxın illərdə yeni avtomobillərin nümayişi gözlənilir. İlk növbədə ABŞ-ın GM şirkəti özünün ilk elektrokarını təqdim etməyi planlaşdırır.
Bundan başqa, sərgidə ötən ilkindən daha çox daşınan cihazlar, müxtəlif cihazlarla təchiz edilmiş idman malları, “ağıllı” məhsullar, həmçinin “Samsung” korporasiyasının istehsalı olan ilk tam əyilən smartfon təqdim olunacaq.
Virtual və əlavə reallıq sayəsində yeni tərtibatların təqdimatı da bu tədbirin əsas hadisələrindən biri olacaq. Burada “Onetouch”, “Huawei” və ZTE kimi Çinin iri istehsalçıların təqdimatı böyük marağa səbəb olacaq.
Bundan başqa, CES-2016 sərgisi robot və dronlar kateqoriyasının genişləndirərək daha innovativ olub. Bu robot və dronların hər biri öz unikal bacarıqları və imkanları ilə seçilirlər.