Braziliyanın San Paulo əyalətində güclü yağışdan sonra yaranan daşqın suları na düşən kişi park edilmiş avtomobilin altında qalıb. Güclü axına düşən kişi iki nəfər tərəfindən xilas edilib və qorxu dolu xilasetmə əməliyyatı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Braziliyada leysan yağışın yaratdığı daşqın dəhşətli hadisəyə səbəb olub. Piracicaba şəhərində bir kişi qəfildən yüksələn daşqın sularına düşərək park edilmiş avtomobilin altında qalıb.
İki nəfər kişinin avtomobilin altında qaldığını görüb dərhal ona kömək etməyə tələsib. Güclü axına baxmayaraq, onlar avtomobilə çatıb kişini çıxara biliblər.
Şəxslərin köməyi ilə xilas edilən kişi yüngül xəsarətlər alıb və vəziyyətinin yaxşı olduğu bildirilir. Dəhşətli xilasetmə əməliyyatı yaxınlıqdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
QAZİLER.AZ

