Polşa hərbçiləri hava məkanının pozulması ehtimalını yoxlayır - VİDEO

Polşa hərbçiləri hava məkanının pozulması ehtimalını yoxlayır - VİDEO backend

Sosial şəbəkələrdə Polşa ərazisinə raketin düşdüyü ehtimal edilən görüntüləri yayılıb.

Qaziler.az UNİAN-a istinadən bildirir ki, iddialara görə, video Xmelek şəhəri yaxınlığında lentə alınıb.

Noyabrın 20-də səhər saatlarında, yerli vaxtla təxminən 06:30-da (Bakı vaxtı ilə 09:30) Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı ölkənin hava məkanını naməlum uçan obyektlərin pozması ehtimalı barədə məlumat verib.

Şahidlər Ukrayna sərhədindən 46 kilometr aralıda Xmelek rayonunda güclü partlayış baş verdiyini bildiriblər. Yayımlanan kadrlarda parlaq işartı və ardınca əsas partlayış əks olunub. Polşa hərbçiləri radiolokasiya sistemlərinin məlumatlarını və hava obyektinin düşməsi ehtimalı ilə bağlı informasiyanı yoxlayırlar.

QAZİLER.AZ