ABŞ güclü zəlzələ baş verib

ABŞ güclü zəlzələ baş verib backend

ABŞ-nin Kaliforniya ştatında 5.0 bal gücündə zəlzələ baş verib.

Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, Kaliforniyadakı zəlzələnin episentri Pinnacles Milli Parkından 10 kilometr şimal-qərbdə yerləşir.

Bəyanatda zəlzələnin 5.0 bal gücündə olduğu və 6.7 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

QAZİLER.AZ