Aktyor Patrik Stüartın ölüm səbəbi məlum olub

Aktyor Patrik Stüartın ölüm səbəbi məlum olub backend

"Ulduz yolu" (Star Trek) serialındakı kapitan Jan-Lük Pikar rolu ilə tanınan britaniyalı aktyor Patrik Stüartın ölüm səbəbi Levi cisimcikli neyrokoqnitiv pozuntu fonunda ürək və ağciyər fəaliyyətinin dayanması olub.

Qaziler.az bildirir ki, bu barədə "TMZ" portalı aktyorun ölüm haqqında şəhadətnaməsinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, sənəddə Altsheymer xəstəliyi də qeyd olunub. Stüart oktyabrın 28-də 86 yaşında Los-Ancelesdəki evində vəfat edib. Onun nəşi su kremasiyası kimi tanınan qələvi hidroliz üsulu ilə kremasiya edilib.

QAZİLER.AZ