Ağ Evin Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Şon Kernkross vəzifəsindən ayrılır.
Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Kernkross öz istəyi ilə vəzifəsini tərk edir və bu qərar ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə fikir ayrılıqlarından qaynaqlanmır.
Nəşrin məlumatına görə, o, vəzifəsindən vaxtından əvvəl ayrılır ki, ABŞ Senatı yanvarın 3-dək onun yerinə yeni namizədi təsdiqləyə bilsin.

