Fransa prezidentliyinə namizəd Rafael Qlüksmann "Franceinfo" telekanalının efirində seçkilərdə qalib gələcəyi təqdirdə Rusiyanın aktivlərini müsadirə etmək niyyətində olduğunu bildirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onun sözlərinə görə, bu addım Ukraynaya yardımı maliyyələşdirmək məqsədilə avropalı tərəfdaşlarla birlikdə atılacaq.
"Sizə deyə bilərəm ki, banklarımızda dondurulmuş 210 milyardlıq Rusiya dövlət aktivləri var. Ukraynaya yardımı maliyyələşdirmək üçün avropalı tərəfdaşlarımızla birlikdə bu aktivlərin müsadirə edilməsi mənim ilk addımlarımdan biri olacaq", — deyə prezidentliyə namizəd qeyd edib.
Belçikanın bu məsələ ilə bağlı narazılığına dair sualı cavablandıran Qlüksmann bildirib ki, Brüsselə hələlik əldə olunmamış Avropa həmrəyliyi təmin ediləcək. Bununla belə, o, bu həmrəyliyin məhz nədən ibarət ola biləcəyini dəqiqləşdirməyib.
QAZİLER.AZ

