Husilər Ər-Riyadda göydələnə hücum ediblər

Husilər Ər-Riyadda göydələnə hücum ediblər backend

Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın maliyyə rayonundakı göydələnə hücum ediblər; nəticədə binanın bir neçə mərtəbəsi və qonşu tikililər zədələnib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti cümə axşamı bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb.

Qurumun məlumatına görə, təcili yardım xidmətləri hadisəyə operativ reaksiya verərək insanların və əmlakın qorunması üçün zəruri tədbirlər görüblər.

Mülki Müdafiə Xidmətinin nümayəndəsi baş verənləri "husilər terror qruplaşması tərəfindən törədilmiş terror hücumu" adlandırıb. Zərbə nəticəsində maddi ziyan qeydə alınsa da, yaralılar barədə məlumat daxil olmayıb.

İdarə vurğulayıb ki, mülki obyektlərə hücum beynəlxalq hüququn "kobud şəkildə pozulmasıdır" və husilərin düşmənçilik fəaliyyətlərinin təhlükəsindən xəbər verir.

Səudiyyə Ərəbistanı hakimiyyəti hücumun hansı silahla həyata keçirildiyini və göydələnin nə dərəcədə ciddi zədələndiyini dəqiqləşdirməyib.

QAZİLER.AZ