Donald Tramp Putinin Krım körpüsü ilə bağlı reaksiyasını anladığını deyib

Donald Tramp Putinin Krım körpüsü ilə bağlı reaksiyasını anladığını deyib backend

ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) Krım körpüsünə hücumlarından doğan hiddətini anlayır.

"Putin Krım körpüsünə edilən həmin hücuma görə [Ukrayna Prezidenti Volodimir] Zelenskiyə qarşı son dərəcə hiddətli idi. Putinin niyə belə reaksiya verdiyi tamamilə başadüşüləndir", — deyə Tramp "NBC" telekanalına müsahibəsində bildirib.

Həmin gün Putin bəyan edib ki, Krım körpüsünə endirilən zərbələrdən sonra müxtəlif sahələrdə atəşkəsə dair razılaşmalar olmayacaq. O əlavə edib ki, Krım körpüsünə edilən hücumlardan sonra Rusiya tərəfi cavab vermək niyyətindədir. Onun sözlərinə görə, cavab tədbirləri Kiyev üçün körpüyə dəyən ziyandan daha ağrılı olacaq.

QAZİLER.AZ