Ukrayna Prezidenti Volodimir Zelenski "Starshield" sisteminin məhdudlaşdırılması ilə bağlı guya "yalan danışır".
Qaziler.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı milyarder Elon Mask çıxış edib.
"SpaceX" şirkətinin təsisçisi iddia edib ki, Zelenski mülki şəbəkədən hücum əməliyyatları üçün istifadə etmək məqsədilə iki sistemi — "Starlink" və "Starshield" sistemlərini guya bir-birinə qarışdırır.
O, Zelenskinin heç də həmişə həqiqəti demədiyini bildirib.
Maskın sözlərinə görə, "Starshield" sisteminin fəaliyyətinə ABŞ hakimiyyəti nəzarət edir və bu sistemlə bağlı qərarları Pentaqon verir.
O, "Starlink"i isə mülki şəxslər üçün nəzərdə tutulmuş və məlumatların ötürülmə sürətinə daimi məhdudiyyət tətbiq edilən kommersiya layihəsi adlandırıb.
"Məndən bəzən günahsız insanların ölümünə səbəb olan qətllərlə bağlı qərarlar qəbul etməyimi xahiş etməyin", — deyə İlon Mask bildirib.
Xatırladaq ki, Ukrayna və Avropada amerikalı milyarderin bu sözlərinə artıq reaksiya verilib.
QAZİLER.AZ
https://www.nytimes.com/video/business/dealbook/100000011289870/elon-musk-says-hes-not-maga.html?smid=url-share

