Zelenski olmadan Ukraynadakı müharibə ilə bağlı heç bir qərar qəbul edilməyəcək - Tramp

Zelenski olmadan Ukraynadakı müharibə ilə bağlı heç bir qərar qəbul edilməyəcək - Tramp backend

Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparılmadan Ukraynadakı müharibə ilə bağlı heç bir qərar qəbul edilməyəcək.

ABŞ Prezidenti Donald Trampın sözlərini jurnalist Riçard Engel sitat gətirib.

Qaziler.az bildirir ki,  bu barədə "NBC News" telekanalı məlumat yayıb.

"Zelenski ilə məsləhətləşmədən Ukraynadakı müharibə ilə bağlı heç bir yekun qərar qəbul etməyəcəyəm", — deyə o vurğulayıb.

Xatırladaq ki, bu gün, noyabrın 19-da Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Şençjendə görüşüblər. Onların bəyanatlarının bir hissəsi Ukraynadakı müharibəyə də aid olub.

Tramp dialoqun vacibliyini qeyd edərək bildirib ki, "sülhə heç vaxt danışıqlardan imtina etməklə nail olunmayıb". O, həmçinin münaqişə tərəflərinin müharibənin başa çatmasını istədiklərinə ümidvar olduğunu ifadə edib.

Bundan əlavə, Putin Tramp və Si Cinpinlə görüşdəki giriş nitqində də müharibə mövzusuna toxunub.

QAZİLER.AZ