Böyük Britaniyanın Baş naziri Devid Kemeron Səudiyyə Ərəbistanına planlaşdırılan səfərini aprelə qədər təxirə salıb. Axar.az xəbər verir ki, rəsmi açıqlamada Kemeronun Ər-Riyada səfərinin təxirə salınmasının şiə alimi Nimr ən-Nimrin ölümü ilə əlaqədar olmadığı bildirilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının şiə alimi Nimr Baqir ən-Nimri edam etməsindən sonra Tehranla münasibətləri gərginləşib. Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib, səfirlik binası yandırılıb. Bundan sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrini kəsib.
Ər-Riyadla bərabər Küveyt, Sudan və Bəhreyn də İrandan diplomatlarını geri çağırıb.



