"Qırmızı bülleten"lə axtarılan iki nəfər Türkiyəyə təhvil verilib

"Qırmızı bülleten"lə axtarılan iki nəfər Türkiyəyə təhvil verilib backend

"Qırmızı bülleten"lə beynəlxalq axtarışda olan 2 qaçaq Bolqarıstanda saxlanılaraq Türkiyəyə gətirilib.

Qaziler.az bildirir ki, bu barədə məlumatı TRT-Haber yayıb.

"Qırmızı bülleten"lə beynəlxalq səviyyədə axtarışa verilən yeni nəsil mütəşəkkil cinayətkar dəstənin rəhbəri Emre Yalvan, eləcə də qırmızı bülletenlə beynəlxalq axtarışda olan Murat Saydam Bolqarıstanda ələ keçirilib.

Qeyd edək ki, Emre Yalvan 60 müxtəlif cinayət əməlində iştirak edib.

QAZİLER.AZ