Moldova MDB-nin daha bir sazişindən çıxdı

Moldova MDB-nin daha bir sazişindən çıxdı backend

Moldova parlamenti ölkənin mədəni və tarixi sərvətlərin mənşə dövlətlərinə qaytarılması haqqında MDB sazişindən çıxmasını təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə qanunverici orqanın spikeri İqor Qrosu məlumat verib. Qeyd edib ki, sənəd 1992-ci il fevralın 14-də Minskdə imzalanmışdı.

"Denonsasiya haqqında layihə 60 deputatın səsi ilə qəbul edilib", – deyə Qrosu parlamentin iclasında bəyan edib.

Bu ilin may ayında MDB-nin baş katibi Sergey Lebedev bildirmişdi ki, İcraiyyə Komitəsi Moldovadan Birliyin əsas sazişlərindən çıxmaq barədə ərizə alıb.

Mart ayında isə Moldovanın MDB-nin baza müqavilələrindən — Birliyin yaradılması, onun Nizamnaməsi və Almatı Bəyannaməsindən çıxması haqqında qərarlar ölkə Prezidenti Maya Sandu tərəfindən təsdiqlənib və qüvvəyə minib. Bundan əlavə, qərara əsasən, hökumət 1993-cü il yanvarın 22-də Minskdə imzalanmış MDB Nizamnaməsini denonsasiya edib.

QAZİLER.AZ