ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasına yol verməyəcəyi barədə xəbərdarlıq edib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpinlə keçirdiyi üçtərəfli görüşdə deyib.
"Buna görə də ondan (nüvə silahından) imtina etmək asan deyil. Lakin digər ölkələrdə nüvə silahının yayılmasına qarşı mübarizədə əməkdaşlıq etməyimiz son dərəcə vacibdir. Biz İranda məhz bunu edirik. Biz İranın nüvə silahına malik olmasına imkan verməyəcəyik", – deyə Amerika lideri bildirib.
QAZİLER.AZ

