Latviya ictimai yerlərdə rus dilini məhdudlaşdırır – Yeni qadağa

Latviya ictimai yerlərdə rus dilini məhdudlaşdırır – Yeni qadağa backend

Baş nazir Andris Kulberqsin rəhbərlik etdiyi Latviya hökuməti yeni proqramına "ruslaşdırmadan imtina (derusifikasiya) haqqında bəyannamə" daxil edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Delfi" portalı ölkənin Nazirlər Kabinetinin iş proqramına istinadən məlumat yayıb.

Qeyd olunur ki, bəyannamə ictimai məkanda rus dilindən istifadənin məhdudlaşdırılması üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutur. Sənəddə tarixçilər və sosiolinqvistlər üçün tövsiyələr də yer alacaq. Bundan əlavə, bəyannamə latış dilinin respublikanın yeganə dövlət dili kimi möhkəmləndirilməsi üçün hüquqi əsas formalaşdıracaq.

Bəyannamədə rus dilindən istifadəyə məhz hansı məhdudiyyətlərin qoyulacağı və bunların qanunvericilikdə necə təsbit ediləcəyi dəqiqləşdirilməyib.

QAZİLER.AZ