Peskov Putin və Tramp görüşünün detallarını açıqladı

Peskov Putin və Tramp görüşünün detallarını açıqladı backend

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında aparılan danışıqlar "ümumilikdə yaxşı" keçib.

Qaziler.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə bu qiymətləndirməni bölüşüb.

Onun sözlərinə görə, görüş o qədər də uzunmüddətli olmasa da, yenə də müəyyən məsələlərə toxunulub.

Görüşün mətbuata açıq hissəsində prezidentlər əl sıxıb bir neçə kəlmə danışdıqdan sonra öz kreslolarına əyləşiblər. Tramp qarşıdakı danışıqlar, o cümlədən Çin Sədri Si Cinpinlə görüşü barədə jurnalistlərə bir neçə söz deyib, Putin isə bəyanat verməkdən çəkinərək ingiliscə yalnız "Çox sağ olun" ("Thank you very much") deməklə kifayətlənib.

KİV-lər qeyd ediblər ki, Rusiya və ABŞ prezidentləri danışıqlar üçün əks rəngli qalstuklar seçiblər. Belə ki, Putinin üzərində tünd qırmızı (burqundi) rəngli jakkard naxışlı, Trampın üzərində isə birrəngli kobalt-göy rəngli qalstuk olub.

QAZİLER.AZ