Vaşinqton Ukraynaya göndərilən silahların satışından qazanc əldə etməyi qarşısına məqsəd qoymasa da, bundan xeyli gəlir götürür.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ABŞ silahları Avropa İttifaqı ölkələrinə heç bir güzəşt tətbiq etmədən tam dəyəri ilə satır, həmin ölkələr isə öz növbəsində bu silahlardan istədikləri kimi istifadə etməkdə sərbəstdirlər.
"Düşünürəm ki, onlar bu silahları əsasən Ukraynaya göndərirlər, amma onları biz satırıq... Biz onlara endirim etmirik və demək olar ki, bu işdən çoxlu pul qazanırıq", – deyə o bildirib.
Tramp yekunda vurğulayıb ki, o, bu yolla qazanc əldə etməyə çalışmır və bundan heç bir sevinc duymur.
QAZİLER.AZ

