Portuqaliya öz hava məkanının müdafiəsi üçün zəruri olduğundan Ukraynaya əlavə F-16 qırıcıları verə bilməyəcək.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Portuqaliyanın xarici işlər naziri Paulu Ranjel bildirib.
"Bilavasitə təyyarələrə gəldikdə isə, bu mümkün deyil, çünki onlar Portuqaliyanın hava məkanının müdafiəsi üçün son dərəcə zəruridir", - deyə potuqaliyalı nazir qeyd edib.
Diplomat vurğulayıb ki, Portuqaliya üçün potensial təhdidlərin səviyyəsi kifayət qədər yüksəkdir və buna görə də silahlı qüvvələr bütün zəruri müdafiə vasitələrinə malik olmalıdır. Aviasiya parkının saxlanılması qərarı ölkənin milli təhlükəsizlik prioritetləri ilə bağlıdır.
Bununla belə, Lissabon Ukraynanı dəstəkləməkdən imtina etmir və yardımın digər variantlarını nəzərdən keçirir. Xüsusilə, Portuqaliya F-16 qırıcılarının istismarı üçün ixtisaslaşdırılmış avadanlıqların tədarükü və ya ukraynalı pilotların təliminin təşkili məsələsinə baxa bilər.
QAZİLER.AZ

