Şahzadə Hindistanda "tuk-tuk" sürdü - VİDEO

Şahzadə Hindistanda "tuk-tuk" sürdü - VİDEO backend

Uels şahzadəsi Uilyam və şahzadə Keyt Middlton Hindistanın Mumbay şəhərində keçirilən 2026-cı il “Earthshot Prize” mükafatlandırma mərasiminə qatılıblar.

Qaziler.az xəbər verir ki, cütlüyün mərasim üçün seçdiyi geyimlər diqqət çəkib. Şahzadə Uilyam hindistanlı dizayner Maniş Malhotra tərəfindən xüsusi olaraq hazırlanan, əl tikməli düymələrlə bəzədilmiş ənənəvi “Bandhgala” geyimində olub.

Şahzadə Keyt isə Mahima Mahajanın kolleksiyasından seçdiyi Anarkali libasında kameralar qarşısına çıxıb. Əl toxuması ipək şifondan hazırlanan geyim ənənəvi Banarasi qızılı naxışlarla bəzədilib. Tünd qırmızı rəngli libasın boyanmasında isə bitki mənşəli təbii boyalardan istifadə olunub. (axşam.az)