Səudiyyə Ərəbistanı husilərlə müharibəni uzadır

Səudiyyə Ərəbistanı husilərlə müharibəni uzadır backend

Səudiyyə Ərəbistanı döyüş meydanındakı uğursuzluqlara və krallıq daxilində həyatı pozan hücumlara baxmayaraq, yəmənli husilərə qarşı müharibəni ən azı gələn ilin ortalarına qədər davam etdirməyə hazırlaşır.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ər-Riyadın planları barədə məlumatlandırılmış iki Qərb rəsmisinə istinadən xəbər yayıb.

Qərb rəsmilərinin sözlərinə görə, Səudiyyə hökuməti hazırda hərbi kampaniyanın daha altı aya qədər davam edəcəyini gözləyir. Ər-Riyad husilərlə danışıqlara başlamazdan əvvəl öz yəmənli müttəfiqlərinin qüvvələri ilə quruda uğur qazanmaq niyyətindədir. Səudiyyə Ərəbistanının planları ilə tanış olan üçüncü mənbə də bu məlumatları təsdiqləyib. Hər üç mənbə qeyd edir ki, İranla daha genişmiqyaslı müharibənin başa çatması Yəməndə hərbi əməliyyatların intensivliyinin azalmasına səbəb ola bilər.

Üçüncü mənbənin bildirdiyinə görə, Ər-Riyadda həmçinin hesab edirlər ki, ABŞ-nin hücum xarakterli hərbi dəstəyi münaqişənin gedişatını dəyişə bilər.

QAZİLER.AZ