İspaniyada məktəblərə kütləvi bomba təhdidi göndərilib

İspaniyada məktəblərə kütləvi bomba təhdidi göndərilib backend

Noyabrın18-də İspaniyanın şimal-qərbində yerləşən Qalisiya regionunda elektron poçt vasitəsilə saxta partlayış təhdidləri alındıqdan sonra ondan çox məktəb təxliyə olunub.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi İspaniya Milli Polisinə istinadən məlumat yayıb.

Polis nümayəndəsinin sözlərinə görə, məktublar birbaşa təhsil müəssisələrinə göndərilib. Mesajların məzmunu açıqlanmır və təhdid alan məktəblərin dəqiq sayı hələlik müəyyən edilməyib.

Polisin xüsusi bölmələri binalara baxış keçirsə də, heç bir şübhəli qurğu aşkar etməyib.

Bu insident son vaxtlar Avropada supermarketlər, qan bankları, hava hərəkətinin idarə edilməsi sistemləri və teleradio yayım şirkətləri də daxil olmaqla müxtəlif infrastruktur obyektlərinə təsir edən saxta təhdidlər və kiberhücumlar silsiləsinin növbətisi olub.

QAZİLER.AZ