Polşa Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus təyyarə Qara dənizin cənub-qərb hissəsi üzərində müşahidə edilib.
Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" uçuş məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, təyyarə Moskva vaxtı ilə saat 13:24-də Polşanın Vrotslav hava limanından havaya qalxaraq cənub-şərq istiqamətində uçub. Hava gəmisi Qara dənizin cənub-qərb hissəsi, İstanbul və Mərmərə dənizi üzərindən keçib və Moskva vaxtı ilə saat 16:19-a olan məlumata görə, Bursa şəhəri yaxınlığında cənub-şərq istiqamətində hərəkətini davam etdirib.
Son illər Rusiya öz qərb sərhədləri yaxınlığında NATO-nun fəallığını qeyd edir. Alyans bu addımları "Rusiya təcavüzünün qarşısının alınması" adlandıraraq təşəbbüslərini genişləndirir, Moskva isə Avropada alyans qüvvələrinin artırılmasından dəfələrlə narahatlığını ifadə edib.
Xatırladaq ki, noyabrın 17-də NATO-ya məxsus "Airbus A330-243 MRTT" təyyarəsi təxminən bir saat ərzində Latviyanın cənub-şərqində, Rusiya sərhədindən 30-40 kilometr məsafədə dövrə vurub.
QAZİLER.AZ

