Putin və Trampın görüş vaxtı açıqlandı

Putin və Trampın görüş vaxtı açıqlandı backend

Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında ikitərəfli görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitinin plenar iclasından sonra planlaşdırılır.

Qaziler.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.

"Siz jurnalistlər Putin və Trampın ikitərəfli görüşünün başlamasını plenar iclas başa çatdıqdan sonra gözləməlisiniz", - deyə Putinin köməkçisi qeyd edib.

Uşakov dövlət başçılarının görüşünün sabah keçiriləcəyini dəqiqləşdirib. Onun sözlərinə görə, Rusiya tərəfi danışıqların faydalı və məzmunlu olacağına ümid edir.

Yuri Uşakov həmçinin qeyd edib ki, Putin, Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin üçtərəfli görüşün müddətini özləri müəyyən edəcəklər.

Xatırladaq ki, noyabrın 18-də Putin və Tramp APEC sammiti çərçivəsində keçirilən təntənəli qəbulda görüşüblər. Liderlər Si Cinpinlə birlikdə əl sıxıb və ayaqüstü qısa söhbət ediblər.

QAZİLER.AZ