Portuqaliya Ukraynaya "F-16" qırıcılarının verilməsi məsələsinə nöqtə qoydu

Portuqaliya Ukraynaya "F-16" qırıcılarının verilməsi məsələsinə nöqtə qoydu backend

Portuqaliya Ukraynaya F-16 qırıcı təyyarələri verə bilmir, lakin ukraynalı pilotların təliminə və bu təyyarələr üçün sursat təminatına kömək etməyə hazırdır.

Qaziler.az-ın "RBC-Ukrayna "-ya istinadən verdiyi məlumata görə, bunu Portuqaliyanın xarici işlər naziri Paulo Ranjel bildirib.

Portuqaliya xarici işlər nazirinin sözlərinə görə, Ukraynaya qırıcılarının verilməsi nəzərdən keçirilmir, çünki ölkənin öz hava məkanını və dəniz ərazilərini qorumaq üçün bu təyyarələrə ehtiyacı var.

Lakin pilotların təlimi məsələsi müzakirə edilə biləcək ayrı bir mövzudur.

QAZİLER.AZ