Filippin Prezidenti Donald Trampı yerli fastfud şəbəkəsinin yeməklərinə qonaq edib

Filippin Prezidenti Donald Trampı yerli fastfud şəbəkəsinin yeməklərinə qonaq edib backend

Filippin Prezidenti kiçik Ferdinand Romualdes Markos ABŞ Prezidenti Donald Trampın Manilaya səfəri zamanı amerikalı həmkarını və onun nümayəndə heyətini KFC şəbəkəsinin yerli analoqu hesab edilən "Jollibee" fastfud restoranlar şəbəkəsinin qəlyanaltılarına qonaq etdiyini bildirib.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 18-də "The New York Times" qəzeti məlumat yayıb.

Filippin prezidenti vaxt məhdudiyyəti səbəbindən qonaqların filippinlilərin fəxr etdiyi bu məkana şəxsən baş çəkə bilmədiklərini nəzərə alaraq, köməkçilərindən "Jollibee"dən sifariş verməyi və yeməkləri gecə saatlarında Trampa və nümayəndə heyətinə çatdırmağı xahiş edib.

Nəşr qeyd edir ki, Markos bu jesti ilə həm yerli restoranlar şəbəkəsini reklam edib, həm də fastfuda olan sevgisi ilə tanınan ABŞ prezidentinə öz ehtiramını ifadə edib.

QAZİLER.AZ