"CES 2016" sərgisi ərəfəsində Fransanın gənc “Emiota” şirkəti öz istehsalı olan yeni “Belty Good Vibes” adlanan “ağıllı” kəmərini təqdim edib. İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, bu “ağıllı” kəmər istifadəçinin vəziyyəti və vəziyyəti ilə bərabər, onun sağlamlığına da nəzarət edəcək.
Tərtibatçıların sözlərinə görə, “Belty Good Vibes” kəməri insanın gündəlik həyatının yaxşılaşdırılması məqsədilə yaradılıb. Nəticədə tamamilə orijinal və unikal kəmər alınıb ki, bu, həm də olduqca dəbli görünür.“Ağıllı” kəmər ən keyfiyyətli materiallardan istehsal olunub, bir sıra faydalı funksiyalar və imkanlara malikdirlər. İstehsalçı qeyd edir ki, “ağıllı” kəmər ancaq əllə tikilir və tikişində yalnız təbii dəridən istifadə olunur. Bu kəmərin əsas xüsusiyyətlərindən biri də avtomatik olaraq sıxma gücünü müəyyən etmək, onun daşıyıcısının sağlamlığını və fiziki fəallığını izləmək, əldə olunan bu məlumatları sonradan xüsusi mobil əlavəyə göndərmək imkanına sahib olmasıdır.
“Belty Good Vibes” kəmərinin təxmini qiyməti 395 dollar təşkil edir və rəsmi satışına 2016-cı ilin sonunda start veriləcək.
Tezliklə "CES 2016" sərgisində demək olar ki, analoji tərtibatı “Samsung” şirkəti də təqdim etməlidir. Şirkətin istehsal etdiyi “WELT” kəməri istifadəçinin vəziyyətindən asılı olaraq sərbəst bərkidiləcək və ya boşaldılacaq. Bundan əlavə, “ağıllı” kəmər istifadəçinin fəallığı və çəkisinin dəyişməsinə də nəzarət edəcək.