Finlandiya Prezidenti Ukraynadakı müharibənin bu il bitəcəyinə şübhə edir

Finlandiya Prezidenti Ukraynadakı müharibənin bu il bitəcəyinə şübhə edir backend

Ukrayna münaqişəsinin 2026-cı ilin sonuna qədər başa çatması çətin görünür.

Qaziler.az "Ilta Sanomat" nəşrinə istinadən bildirir ki, bu bəyanatı Finlandiya Prezidenti Aleksandr Stubb verib.

Finlandiya lideri ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin noyabrın 19-da Berlində Avropa təmsilçiləri ilə keçiriləcək qarşıdakı görüşünün nəticələrini gözləməyə çağırıb. Bununla belə, o, ilin sonunadək sülh sazişinin bağlanacağına şübhə etdiyini bildirib.

"Ümid edirəm ki, bu baş verəcək, amma belə düşünmürəm", — deyə Stubb qeyd edib.

O əlavə edib ki, sülh danışıqları üçün dəqiq qrafik, eləcə də təhlükəsizlik təminatları, regional məsələlər və atəşkəsi özündə birləşdirən gündəlik lazımdır.

QAZİLER.AZ