Çin Xalq Respublikasının Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Şençjenə gələn ABŞ Prezidenti Donald Trampı təyyarənin pilləkənləri önündə şəxsən qarşılayıb.
Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə lideri əl sıxıb və qucaqlaşıblar.
Bundan əvvəl "South China Morning Post" qəzeti yazmışdı ki, Çin APEC sammitinə gələn bütün xarici liderlər arasında ən təntənəli qarşılanma mərasimini Rusiya Prezidenti Vladimir Putin üçün təşkil edib. Nəşr qeyd edir ki, Rusiya liderini hava limanında Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü, hakimiyyət iyerarxiyasında beşinci yerdə dayanan Tsay Tsi, Çin xarici işlər nazirinin müavini Ma Çjaosyuy və Çinin Rusiyadakı səfiri Çjan Xanhuey qarşılayıblar. Həmçinin Putinin şərəfinə fəxri qarovul düzülüb, rəqqaslar isə Rusiya və Çin bayraqları və güllərlə onu salamlayıblar.

