Rusiya və Çin liderləri danışıqları işgüzar səhər yeməyi formatında davam etdiriblər - VİDEO

Rusiya və Çin liderləri danışıqları işgüzar səhər yeməyi formatında davam etdiriblər - VİDEO backend

Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya lideri Vladimir Putinlə Çin sədri Si Cinpin arasında məhdud tərkibdə keçirilən danışıqlarda iştirak edirlər.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 18-də “İzvestiya” nəşri görüntülər yayıb.

İki ölkə liderinin görüşü işgüzar səhər yeməyi formatında keçirilir. Rusiya tərəfdən danışıqlarda Yuri Uşakov və Sergey Lavrov, Çin nümayəndə heyətindən isə xarici işlər naziri Van İ və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin katibi Tsay Tsı iştirak edirlər.

QAZİLER.AZ