Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında noyabrın 18-də Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilən ikitərəfli danışıqlar başa çatıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, görüş yerli vaxtla günorta saatlarında (Moskva vaxtı ilə 07:01) geniş tərkibdə başlayıb. Rusiya və Çin nümayəndə heyətləri iqtisadi əməkdaşlığın gələcək perspektivlərini müzakirə ediblər.
Daha sonra görüş məhdud tərkibdə işgüzar səhər yeməyi formatında davam edib. Rusiya Prezidentini bu görüşdə xarici işlər naziri Sergey Lavrov və dövlət başçısının köməkçisi Yuri Uşakov müşayiət ediblər.
QAZİLER.AZ

