Rusiya Prezidenti Vladimir Putin Türkiyədə gizli əməliyyat keçirmək üçün xüsusi təyinatlı qüvvələr göndərməyə hazırlaşır. Axar.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) yaxınlığı ilə tanınan “Your news wire” saytının məlumatına görə, FSB Türkiyə və ABŞ ərazisində gizli hərbi əməliyyatlar keçirmək üçün Dumaya qanun layihəsi təqdim edib.
Putinin birbaşa təklifi ilə hazırlanan və uydurma böhtanları səbəb göstərən hesabatda xüsusi təyinatlı qüvvələrə Türkiyə torpaqlarında gizli əməliyyat keçirməsi üçün səlahiyyət verilməsi tələb olunur.
Duma FSB-nin layihəsini təsdiq edərsə, Ukraynada təlim keçmiş xüsusi qüvvələr Türkiyədə çaxnaşma yaratmaq üçün tədbirlər planı hazırlayacaq.
Hesabatda Türkiyənin İŞİD-ə aktiv dəstək verdiyi iddia edilib. Buna görə də Türkiyədə təşkil olunacaq əməliyyatlara “terrorizmlə mübarizə” donu geyindiriləcəyi istisna edilmir.