Sərnişin təyyarəsi həyəcan siqnalına görə reysi yarımçıq saxladı

Sərnişin təyyarəsi həyəcan siqnalına görə reysi yarımçıq saxladı backend

Parisdən Kot-d'İvuarın Abican şəhərinə uçan "Boeing 777" sərnişin təyyarəsi göyərtədə həyəcan siqnalı elan edildikdən sonra havaya qalxdığı hava limanına geri qayıdıb.

Qaziler.az bildirir ki, bu barədə TASS agentliyinə aviadispetçer xidmətlərindəki mənbə məlumat verib. Ekipaj hələ Fransa ərazisi üzərində uçuş zamanı müvafiq siqnalı göndərərək reysi yarımçıq saxlamaq qərarına gəlib.

Həyəcan siqnalının elan edilmə səbəbi dəqiqləşdirilməyib. Şarl de Qoll adına hava limanına eniş ştat rejimində baş tutub. Hazırda aviaşirkət operativ xidmətlərlə birlikdə sərnişinlərin Kot-d'İvuara həmin təyyarə ilə göndərilməsi, yoxsa ehtiyat təyyarənin ayrılması məsələsini həll edir. Qərar qəbul edilənədək insanlar müvəqqəti olaraq terminalda yerləşdiriləcəklər.

Xatırladaq ki, daha əvvəl Sankt-Peterburqdan Kalininqrada uçan "Airbus A319" sərnişin təyyarəsi sol mühərrikin sıradan çıxması səbəbindən Pulkovo hava limanına qəza enişi etmişdi. Layner havaya qalxdıqdan 40 dəqiqə sonra uğurla geri qayıtmışdı.

QAZİLER.AZ