İranla Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyin aradan qaldırılması üçün İraq vasitəçilik missiyasını öz üzərinə götürüb.
Axar.az xəbər verir ki, bu sözləri İraq Xarici İşlər naziri İbrahim Cəfəri deyib.
Onun sözlərinə görə, rəsmi Bağdad yaxın vaxtlarda iki ölkə rəsmiləri arasında danışıqlara başlamaq niyyətindədir.