Kamçatkanın şərq sahillərində güclü zəlzələ baş verib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Avropa-Aralıq dənizi Seysmik Mərkəzinin (EMSC) mütəxəssislərinin məlumatında deyilir.
Yeraltı təkanlar 17 noyabr çərşənbə axşamı günü Moskva vaxtı ilə saat 18:49-da (18 noyabr yerli vaxtla saat 03:49) qeydə alınıb. Onların maqnitudası Rixter şkalası üzrə 5,1 bal olub və seysmoloqlar bunu orta dərəcədə ziyan vura biləcək güclü zəlzələ hesab edirlər.
Episentr təxminən 187.000 əhalisi olan Petropavlovsk-Kamçatski şəhərindən 159 kilometr cənub-şərqdə və 25.000 əhalisi olan Vilyuçinsk şəhərindən 147 kilometr məsafədə yerləşib.
Rusiya bölgəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib.
QAZİLER.AZ

