Rusiyanın Novosibirsk şəhərinin sakini Paraqvayda girovluğa düşüb və yerli mafiyanın əlindən qaçmağa müvəffəq olub.
Qaziler.az bildirir ki, bu barədə o, "kp.ru" nəşrinə müsahibəsində danışıb.
Ötən payız 26 yaşlı Danil ilk dəfə xaricə getmək qərarına gəlib və Paraqvayın paytaxtı Asunsona bilet alıb. Üzərində cəmi yüz dollar olan gənc bir neçə dəfə küçədə gecələyib, daha sonra isə otaq kirayələyərək yerli sakinlərlə dostlaşıb.
2026-cı ilin oktyabr ayının sonunda sibirli gənc vətəninə qayıtmaq qərarına gəlib və Rusiyaya uçmazdan əvvəl müntəzəm olaraq birlikdə futbol izlədiyi qonşularından gecələmək üçün yer istəyib.
Səhər yuxudan oyanan kişi içərisində əşyaları və sənədləri olan bel çantalarının yoxa çıxdığını görüb və ev sahibinə bununla bağlı sual verib. Cavab əvəzinə onu silahlı şəxslərin olduğu daxili həyətə aparıblar.
Onun sözlərinə görə, üçüncü gün mühafizəçilərin diqqətinin yayınmasından istifadə edərək onlardan birini şüşə butulka ilə vurub, digərinin yanağını şüşə qırığı ilə kəsib və açıq barmaqlıqdan qaçaraq canını qurtarıb.
Suötürücü xəndəkdə gizlənən gənc onu axtaran şəxslərin maşınlarla küçədə gəzdiyini eşidib. Danil yerli sakinlərin diqqətini cəlb edib və onu polis bölməsinə aparıblar. Onun sözlərinə görə, orada ona qarşı zorakılıq tətbiq edilib.
QAZİLER.AZ

