Rusiyalı idmançıların Finlandiya Qran Prisində yarışmasına buraxılmadılar

Rusiyalı idmançıların Finlandiya Qran Prisində yarışmasına buraxılmadılar backend

Rusiyalı fiqurlu konkisürənlər Aleksandra Boykova və Dmitri Kozlovski, Anastasiya Mişina və Aleksandr Qallyamov, eləcə də Yevgeni Semenenko beynəlxalq Qran-pri seriyasının mərhələsində iştirak etmək üçün Finlandiyaya gedə bilməyiblər.

Qaziler.az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Yarışa qatıla bilməyən idmançılar arasında Avropa və dünya çempionları, həmçinin ikiqat ölkə çempionu da yer alıb.

"Fiqurlu konkisürənlər Finlandiyaya gedə bilməyiblər. Bu gün onların əksəriyyəti artıq öz buz meydançalarında məşq ediblər", — deyə mənbələrdən biri bildirib.

Daha əvvəl məşqçi Aleksey Mişin rusiyalı fiqurlu konkisürən Arseni Fedotovun topuq nahiyəsindən ciddi zədə aldığını təsdiqləyib və məhz bu səbəbdən idmançı Omskda keçirilən Rusiya Qran-prisi mərhələsində iştirak edə bilməyib. 17 yaşlı idmançı buz üzərinə qayıtmağa cəhd göstərsə də, səhhəti yarışlara hazırlığı davam etdirməyə imkan verməyib.

QAZİLER.AZ