İranın Vaşinqtona hücumu baş verərsə, Birləşmiş Ştatlar misli görünməmiş gücdə cavab zərbələri endirəcək.
Qaziler.az "Fox News" telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Əgər Vaşinqtona qarşı təhdid varsa, onlar indiyədək heç bir ölkənin ödəmədiyi bir bədəl ödəyəcəklər. Ümid edirəm ki, təhdid yoxdur. Amma biz buna ciddi yanaşırıq", - deyə o bildirib.
Xatırladaq ki, bir gün əvvəl dövlət başçısı jurnalistin İran pilotsuz uçuş aparatlarının (PUA) şəxsən ona zərbə endirməsi ehtimalından narahat olub-olmaması barədə sualına zarafatla cavab verərək, daha çox müxbirlərin özlərinə görə narahat olduğunu, çünki belə bir halda onların da sağ qalmayacağını demişdi.
QAZİLER.AZ

