Şimali Koreya lideri Kim Çen In yeni xizək kurortunu qiymətləndirmək və qızının xizəklə necə sürüşdüyünə baxmaq üçün kurort yerinə gedib.
Qaziler.az “Daily Mail”ə istinadla xəbər verir ki, KXDR liderinin fotolarını Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) dərc edib. Kadrlar dərhal bütün dünyaya yayılıb.
Görüntülərdə Kim Çju Enin xizək yamacı ilə aşağı endiyi, atasının isə onu izlədiyi əks olunub. Şimali Koreya lideri üçün düz qarın üzərində kreslo və masa quraşdırılıb, o isə masanın arxasında oturaraq siqaret çəkib.
Agentliyin məlumatına görə, Kim Çen In, onun qızı və bir neçə yüksək rütbəli məmur noyabrın 15 və 16-da bölgəyə səfər ediblər. Səfər həm də turizm zonasındakı tikinti layihələrinin yoxlanılması ilə bağlı olub.
QAZİLER.AZ

