Serbiyada Stara-Pazova şəhəri yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
Qaziler.az xəbər verir ki, bu barədə noyabrın 17-də Serbiyanın "Nova.rs" portalı məlumat yayıb.
"Hadisə nəticəsində insanların həlak ola biləcəyi ilə bağlı narahatlıqlar var. Hadisə yerində yanğınsöndürənlər, təcili tibbi yardım, polis və hərbi polis əməkdaşları çalışır", - deyə məlumatda qeyd olunub.
Portalın informasiyasına görə, hava gəmisinin düşdüyü yerə fövqəladə hallar xidmətinin xilasediciləri gəlib və onlar ehtimal olunan qəza ərazisində iş aparırlar. Qəzaya uğrayan təyyarənin "MiQ-29" olduğu ehtimal edilir.
QAZİLER.AZ

