Yəməndə husilərə qarşı döyüşən qüvvələrin komandanı dəyişdi

Yəməndə husilərə qarşı döyüşən qüvvələrin komandanı dəyişdi backend

Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilindəki şəhərlər üzərində nəzarəti bərpa etmək cəhdlərinin uğursuzluğa düçar olması fonunda, noyabrın 16-da Yəməndə husilərə qarşı döyüşən qüvvələrin komandanını dəyişib.

Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi kralın fərmanına istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının rəsmi mediası xəbər verir ki, əmrə əsasən, general-leytenant Fəhd bin Həməd bin Əbdüləziz Əl Salman müdafiə nazirinin hərbi məsələlər üzrə müşaviri təyin edilib. Bundan əlavə, general-leytenant Fəyyad bin Hamed bin Rəqada Əl Rüveyli hazırkı vəzifələri ilə yanaşı, Birləşmiş Qüvvələrin komandanı postunu da icra edəcək.

Agentliyin həmsöhbətləri bu kadr dəyişikliklərini birbaşa Yəməndəki vəziyyətlə əlaqələndirirlər.

QAZİLER.AZ